Xidmətlər və həllər

İT – Kommunikasiya sahəsində xeyli böyük təcrubəyə malik olan Total IT Geniş Ərazi Şəbəkələrinin (Wide Area Network – WAN) dizaynı və quraşdırılması, Virtual Özəl Şəbəkə (Virtual Private Network – VPN), Telefon ATS və İnternet üzərindən Telefoniya (Voice over IP - VoIP) həllərini və xidmətlərini müştərilərinə göstərməklə yanaşı onların 24 saat texniki dəstəyi ilə də məşğul olur.

 Həmçinin Total IT şirkəti Audio, təhlükəsizlik məqsədli video müşahidə, Many-to-Many prinsipli audio və video görüşmələr, Real zamanda video konfrans, proksimiti, biometrik və sifət kontrol giriş-çıxış sistemlərini təqdim edir. Total IT şirkəti İP-videomüşahidənin daha geniş mütəxəssis dairəsində populyar olmasına çalışaraq yerli bazarda keyfiyyətli və müxtəlif şəbəkə həllərini nümayiş etdirir. Azərbaycan İKT bazarında Total İT şirkəti barmaq izləri və sifət identifikasiyası ilə giriş-çıxış nəzarət sistemlərini təqdim edən ilk şirkətlərdəndir.

 Bundan başqa şirkətlərin öz maliyyə imkanlarını daha dəqiq və operativ idarə etmələri üçün Total İT ERP (Enterprise Resource Planning) – Müəssisə resuarlarının planlaşdırılması proqramları üzrə də müştərilərə texniki dəstək verməkdədir. Başqa sözlə desək Total İT öz müştərilərinin az məsrəflə maksimum effektivlik əldə etməsi üçün bütün mümkün xidmətləri tətbiq edir.