Haqqımızda

Total IT 2005-ci il tarixində təsis edilmişdir və regionda geniş miqyaslı İT xidmətləri və məhsulları təklif edən aparıcı İT şirkətlərindən biridir. İnformasiya texnologiyaları həllərinin provayderi və sistem inteqratoru kimi tanınan Total IT aparat və proqram təminatı komplekslərindən tutmuş konsaltinq, dəstəkləmə və lisenziyalaşdırma xidmətləri də daxil olmaqla bütöv bir zənciri özündə birləşdirən istifadəyə hazır məhsullar təqdim edir. Şirkətin fəaliyyəti regionun müxtəlif təşkilatlarında biznes proseslərinin effektivliyinin artırılması və optimallaşdırılması, eləcə də biznes idarəçiliyinin və cəmiyyətdə informasiya mübadiləsinin təkmilləşdirilməsi istiqamətinə yönəldilmişdir.

Total IT - texnoloji məhsulları və həlləri tətbiq etməkdə unikal praktiki təcrübəyə malik peşəkarlar komandasıdır. Onun yüksək ixtisaslı mühəndisləri, proqramçıları, şəbəkə və telekommunikasiya sistemləri üzrə ekspertləri, menecerləri şirkətin intellektual potensialının əsasını təşkil edir. Şirkətin işçi heyəti şirkətin inkişafı üçün güclü və effektiv çalışan 25 nəfərdən artıq bir qrupdan ibarətdir.

Öz sahəsində Azərbaycanın və regionun “lokomotivi” olan “Total IT”- nin əsas fəaliyyət dairəsinə İT həllər, Kommunikasiya, Audio, Video müşahidə, Təhlükəsizlik xidmətləri, proqram təminatı və idarə olunması, Texniki servis və dəstək və s. kimi bölümlər daxildir. 10 ildən çoxdur ki uğurlu fəaliyyət göstərən şirkət daim yenilikçiliyi və inkişaf dinamikası ilə seçilməkdədir.

Total IT şirkəti bu və digər kimi xidmətləri müştərilərinə təqdim edərək onların vaxtına və vəsaitinə qənaət etməkdə kömək olur. Gündəlik iş şəraitində şirkətlərin informasiya texnologiyalarından daha da çox asılı olaraq bir sıra hallarda risk alma əmsallarının artmasını nəzərə alan Total IT xüsusi ixtisaslaşmış mütəxəssisləri vasitəsi ilə öz müştərilərinə konsaltinq xidmətləri verməkdədir.

Bir sıra hallarda yeni qurulmuş şirkətlərə lazımi bütün İT dəstəyi göstərən Total IT həmçinin şirkətlər üçün İT strategiya hazırlayaraq onların mərhələli şəkildə reallaşmasına yardımçı olur.