Karyera imkanlarımız

Məlum olduğu kimi Karyera inkişafı hər bir insanın peşəkar fəaliyyəti nəticəsində özünü reallaşdırma prosesidir. Hansı ki, bu proses bilik səviyyəsinin artırılması, əmək təcrübəsinin toplanılması, şəxsi keyfiyyətlərin yüksəldilməsi ilə müşaət olunur. Bütün bunların nəticəsi kimi isə insanın növbəti bir sosial statusa keçməsi, yeni pilləyə adlaması prosesi yaşanır ki, məhz bu karyera inkişafı kimi qəbul oluna bilər.

 Total İT şirkətində də özünü İT sahəsində görmək istəyən və bu sahədə inkişaf edərək yeni təcrübə və biliklərə yiyələnmək istəyən gənclər üçün hər zaman qapılar açıqdır. Şirkət olaraq bu sahədə gənc nəslin yetişdirilməsi, onlara yeni bilik və təcrübələr qazandırılması istiqəmətində əməli tədbirlərin görülməsi, bununla da ölkəmizdə həyata keçirilən “Gənclər Siyasəti”-nə dəstək verilməsi bizim əsas prioritetlərimizdən biridir.
Bunun üçün də Sizlər öz CV lərinizi hr@totalit.az email ünvanına göndərməklə öz məlumatlarınızı avtomatik olaraq bizim məlumat bankımıza göndərmiş olursuz. Daha sonra bu məlumatlar araşdırılır, filtirlənir və uyğun namizədlər iş üçün ofisimizə dəvət olunurlar.
Hər birinizə karyera yollarında uğurlar...