Sistem və şəbəkə həlləri

Məlum olduğu kimi müasir dövrdə informasiya texnologiyaları demək olar ki, həyatımızın bütün mərhələlərində bizi müşayət edir. Durmadan inkişaf etməkdə olan sistem və şəbəkə texnologiyaları demək olar ki, bütün müəssisə və təşkilatlarda optimal xərclərlə yüksək nəticələrə nail olunması məsələlərini qabarıq şəkildə önə çıxartmaqdadır. Total İT şirkəti olaraq müştərilərə istər satış öncəsi, istərsə də satış sonrası müştərilərin ehtiyacları və tələblərini nəzərə almaqla aktiv və passiv avadanlıqların düzgün seçilməsi, texniki şərtlər nəzərə alınmaqla düzgün sistemlərin qurulması, onların digər sistemlərlə inteqrasiya olunması və səmərəli idarə olunması istiqamətlərində aktiv xidmət göstəririk. Başqa sözlə desək Total İT MMC şirkəti ölkənin gənc və dinamik inkişaf edən şirkətlərindən biri olmaqla nəinki sistem və şəbəkə avadanlıqlarının satışını, həm də bütün növ müəssisə və təşkilatlar üçün müasir informasiya infrastrukturlarının və kompleks həllərin həyata keçirilməsini təmin edir.

Bu gün Total İT MMC bu istiqamətdə aşağıdakı xidmətləri təklif edir:

Fiziki serverlərin qurulması - istənilən növ istək və tələbə əsasən fiziki formada server sistemlərinin qurulması, sazlanması.

Mərkəzi idarəetmə sistemləri
- İnformasiyanın qorunması, məlumatlardan və resurslardan istifadənin mümkünlüyü
- Əməliyyat Sistemlərinin (ƏS) quraşdırılması
- Poçt serverlərinin quraşdırılması və inzibati idarə olunması
- Antivirus Server Proqram Təminatının qurulması, mütəmadi olaraq yenilənməsi, onun bütün təhlükələri dəf edə biləcəyini və yaxud müdaxiləyə ehtiyacın olub-olmamasının yoxlanılması
- Çap serverlərinin qurulması. Printerlərə olan yüklənməni bölüşdürməyə, bu və ya digər istifadəçiyə hər hansı bir printerdə çap etməyə icazəni verib-verməmə imkanını təmin edən sistemlərin qurulması
- İT sistemlərin səmərəliliyinin, geniş miqyaslılığının və etibarlığının yüksək səviyyəsini təmin edən infrastruktur həlləri
- DNS və DHCP Server həlləri

Virtual server həlləri - Fiziki serverlərdən fərqli olaraq onların virtual obrazlarının yaradılması ilə müşayət olunan sistemlərdir. Virtuallaşdırmadan tətbiqlər, serverlər, yaddaş sistemləri və şəbəkələr üçün istifadə edilə bilər. Bu sistemlər şirkətlərin həm büdcəsinə, həm də yerinə qənaət etməklə kifayət qədər optimal və idarəolunması rahat olan sistemlərdir.

Rezervləmə və Backup sistemləri - bu sistemlər mövcud işlək sistemlərin mütəmadi olaraq surətinin çıxarılması, gözlənilən və gözlənilməyən hallarda (əsas məlumat daşıyıcılarında itki, qırılma, təsadüfi silinmə, proqram təminatlarının normal işləməməsi) geriyə qaytarılması ilə müşayət olunan sistemlərdir. Total İT şirkəti olaraq müştərinin bütün növ sistem və data məlumatlarının avtomatik kopyalanması və güvənli bir şəkildə saxlanılmasını təmin edən sistemləri böyük peşəkarlıqla qura bilirik.

Disaster recovery sistemləri - istənilən növ fəaliyyət sferasında çalışan müəssisə və təşkilatların İT infrastrukturlarının problem yaşadığı və hətta tamamən çökdüyü anlarda xüsusi ardıcıl hərəkətlər toplusudur ki, onların nəticəsi olaraq şirkətlərin biznes fəaliyyəti dayanmamalı və öz işinə davam etməlidir. Başqa sözlərlə ifadə etsək DRP (disaster recovery plan) şirkətin İT mütəxəssislərinin bu sahədə baş verə biləcək fors-major halları üçün öncədən hazırlanmış, kifayət qədər aydın və dəqiq addımlar ardıcıllığından ibarət rəsmi bir sənəddir.
 
Total İT şirkəti olaraq istənilən növ müəssisə və təşkilatlar üçün belə DRP-lərin hazırlanasını həyata keçirir və icrasının ən optimal formada təmin edilməsi üçün İT məsləhətlər verə bilirik.

İnformasiyanın təhlükəsizliyi
-  konkret müəssisələrə qarşı istiqamətləndirilən virus və haker hücumlarından müdafiə
-  müasir şifrlənmə sistemlərinin hazırlanması
-  simsiz birləşmələrin, mobil qurğuların və “ağıllı” elektronikanın qorunması
-  etibarlılığın və imtinaya qarşı davamlılığın təmin edilməsi üzrə metodların hazırlanması və tətbiqi   (klasterizasiya, virtualizasiya və s. innovasiya texnologiyaları)
Şirkət daxilində İnternetdən verilmiş icazələr çərçivəsində istifadənin təmini

File Server sistemləri - İstifadəçinin məlumatlarını strukturlaşdırılmış halda saxlamağa imkan verir. Müxtəlif  istifadəçilərə fayllar üzərində işləməyəya icazə, ya da qadağa qoymağı bacaran sistemlərdir. Peşəkar mütəxəssislərimiz vasitəsilə müştərinin vermiş olduğu texniki tapşırıq və ya tələbə əsasən istənilən formada və qəlizlikdə FİLE SERVER sistemləri yaratmaq imkanlarımız var.

Bulud həllər -  Yüksək səviyyəli mexaniki, elektrik və kiber təhlükəsizlik nəzarəti ilə təchiz edilmiş, yeni texnologiyalardan istifadə edilərək qurulmuş olan məlumat mərkəzlərimizdə yer icarəsi xidmətlərimizdən faydalanaraq istər şirkət daxili proqramlarınızda istifadə etdiyiniz serverləri, istərsə də müştərilərə təqdim etdiyiniz xidmət serverlərini bizdə icarəyə götürə bilərsiniz. Bu sizin vaxtınıza, büdcənizə qənaət etməklə bərabər, həm də bu sistemlərə texniki qulluğun necə aparılması kimi məqamları rahat bir şəkildə aşmanıza kömək olacaq. Çünki sizə lazım olan zaman bu sahə üzrə ixtisaslı mühəndis və texniki heyətdən ibarət olan təcrübəli komandamız sizə  serverlərinizin idarə edilməsində böyük dəstək verəcəkdir.

Şəbəkələrin idarəolunması - Mövcud kommunikasiya şəbəkəsi (LAN / WAN / WLAN / INTERNET) infrastrukturunuzu peşəkar İT komandamız vasitəsilə analiz edə, çatışmazlıqları və qırılma nöqtələrini aşkara çıxara, ən optimal və təhlükəsiz şəkildə idarə edə bilərik. Müştərilərə üst səviyyədə xidmətin göstərilməsi sahəsində ixtisaslaşmış Total İT komandası olaraq sizlərə yüksək performans və optimal infrastruktura sahib olmağınızı təmin edirik.