Təhlükəsizlik və nəzarət

İnkişaf etməkdə olan müasir təhlükəsizlik sistemlərinin qurulmasında videomüşahidə nəzarəti ilə təchiz olunma mütləqdir. Mühafizə sistemində təhlükəsizlik səviyyəsinin artırılması tələb olunarsa ilk növbədə videomüşahidə sistemləri ilə təchiz olunma zərurəti yaranır. Videomüşahidə sistemlərinin 60 ilə yaxın tarixi vardır və böyük inkişaf yolu qət etmişdir. İlk videomüşahidə sistemləri ağ-qara görüntünü səssiz rejimdə analoq siqnalla sadəcə mərkəzə ötürə bilirdi. Hər hası bir qeydiyyat sistemi ilə təchiz olunmurdu. Sadəcə izləmə xarakteri daşıyırdı.Bir müddət inkişaf yolu keçdikdən sonra bir neçə kameranın rəngli görüntülərini bir neçə günlüyünə, bir neçə VHS-ə (video maqnitafon kasetləri) qeydiyyatını aparmaq mümkün oldu. Daha sonralar DVR (Rəqəmsal Video Qeydedici) adlanan avadanlıqlar vasitəsi ilə maksimum 24 kameranın rəngli və səssiz görüntüsünü bir neçə ay qeydiyyata almağa və saxlamağa imkan verdi. Ancaq, hələ də ötürmə siqnalı analoq olduğuna görə idi ki, bu texnalogiyalar məsafədən asılı olaraq sadəcə bir zona daxilində istifadə edilə bilirdi. Eləcə də ətraf mühitin elektromaqnit sahəsindən, işıqlıq dərəcəsindən, tempratur fərqindən, nəmişlikdən və s. bir çox əlamətlərdən təsirlənirdi ki, bu da istifadə olunan texnalogiyanın biraz daha inkişaf etməsinə məcburiyyət yaratdı. 1980-ci illərdən fərqli olaraq 2000-ci illərdə İKT (informasiya və kommunikasiya texnologiyaları) sistemləri digər elektronik sistemləri geridə qoyaraq məsafədən və mühitdən təsirlənməyən texnoloji yeniliklər etdi ki, bu da bir çox elektronik sahələrin, həmçinin təhlükəsizlik sistemlərinin baza işləmə prinsiplərinin analoqdan IP(internet protokol) texnologiyalarına daşınmasına şərait yaratdı. Beləliklə, videomüşahidə sistemləri məsafədən və mühitdən təsirlənməyərək, maksimal say limiti olmadan, yüksək keyfiyyətli, rəngli, səsli görüntüləri bir və ya bir neçə mərkəzdə cəmləşdirməyə və uzunmüddətli qeydiyyatını aparmağa imkan verdi. Bu nəsil kameralar İKT texnologiyalarını istifadə etdiyinə və IP ilə işlədiyinə görə sonradan IP kamera sistemləri adlandırılmağa başlandı.

Şirkətimiz dəyərli müştərilərimizə bu sferada ən son yenilikləri tətbiq edərək müasir videomüşahidə sistemləri olan IP kamera sistemlərinin qurulmasını və servis xidmətlərini təklif edir. Layihə işləri mərhələsində arxitektura nəzərə alınmaqla hər bir nəzarət olunacaq nöqtə dəqiqləşdirilir və ən optimal kamera seçilir. Müştərinin tələbinə əsasən videomüşahidə sisteminin qeydə aldığı görüntülərin hansı müddətə yadda saxlanması üçün lazım olan avadanlıq müəyyən edilir.