Zəng mərkəzləri və telefoniya

Siz bizneslə məşğul olursunuz və şirkətinizin gələcəyi müştərilərinizdən asılıdır. Onların məmnuniyyəti inkişafı təmin edən əsas şərtlərdən biridir. Müştərilərinizlə əlaqə əsasən telefon üzərindən həyata keçirilir.

  • Heç bilirsinizmi gündəlik olaraq ofisinizə neçə zəng daxil olur?
  • Ofisinizdən neçə zəng çıxır və hansı istiqamətlərdə?
  • Onların qeydiyyatını aparırsınızmı?
  • Zəng edən müştərilərin neçəsi ilə danışa bilirsiniz və neçəsinin zəngi cavabsız qalır?
  • Sizcə əməkdaşınız bütün zənglərə cavab verirmi?
  • Zəng edən müştərilərin neçəsi yeni, neçəsi daimidir. Onların qeydiyyatını aparırsınızmı?
  • Əməkdaşlarınız müştərilərlə necə danışır? Bundan xəbəriniz varmı?
  • Əməkdaşlarınız yerində olmayanda onlarla hər hansı daha sərfəli bir əlaqə yarada bilirsinizmi?

    İndi isə təsəvvür edin ki, siz bu vaxta qədər belə bir önəmli məsələlərin həlli ilə bağlı heç bir iş görməmisiniz. Səbəbini bilirsiz? Çünki bu günə kimi istifadə etdiyiniz telefon-rabitə vasitələri buna imkan verməmişdir.
    Total İT şirkəti sizə İP Telefoniya xidmətlərini təklif edir. Bu sistem həftənin 7 günü 24 saat sizlər üçün çalışır. Bu sistem xüsusi operator panelinə malikdir ki, onun vasitəsilə,
  • əməkdaşınız daxil olan zənglər zamanı müştəriləriniz haqqında məlumat toplaya biləcək.
  • əməkdaş telefon danışığı zamanı daxil olan yeni zəng barəsində xəbərdar olacaq.
  • müştərilərdən və ya rəhbərlikdən daxil olan zəng əməkdaşlarınız yerində olmadığı təqdirdə onun mobil telefonuna yönləndiriləcəkdir.
  • sistem kütləvi zənglər zamanı bu zəngləri əməkdaşlarınız arasında bərabər paylaşdıracaqdır və yüklənmənin qarşısı alınacaqdır.
  • bu sistemin səsyazma funksiyası vasitəsilə siz istər daxili, istərsə də xarici telefon danışıqlarını yaddaşda saxlaya bilərsiniz. Onları dinləməklə təhlil edə biləcək və əməkdaşlarınız tərəfindən göstərilmiş olan xidmətin keyfiyyətinin artırılması məqsədiylə əməkdaşlarınızla lazımı treninqləri keçirə biləcəksiniz.
  • bu sistem vasitəsi ilə heç bir telefon danışığı itməyəcək.
  • bu sistem vasitəsilə siz müştəri bazası yarada biləcək və bu bazadan reklam kompaniyaları və aksiyaları zamanı rahatlıqla istifadə edə biləcəksiniz.
    Şirkətinizdə İP Telefoniya sisteminin tətbiq olunması sizlərə yeni unikal imkanlar yaradacaqdır. Bu imkanlar müştərilərizinin sayının çoxaldılmasına, şirkətinizin durmadan inkişafına və ən əsası, gəlirlərinizin artmasına səbəb olacaqdır. Beləliklə biznesinizin idarəedilməsi sizə böyük zövq verəcəkdir.