Təşkilati resurs planlama (ERP)

Şirkətinizi hisslərinizlə deyil rəqəmlərlə idarə edmək üçün Siz də ERP istifadə edin!

ERP "Enterprise Resource Planning" kəlimələrinin qısaltması olub Azərbaycan dilinə təşkilati resursların planlanması kimi tərcümə olunan proqram vasitəsidir. ERP proqramı bir şirkətdə satışdan mühasibatlığa, istehsaldan insan resurslarına, müəssisə əmlakından CRM-ə (Customer Relationship Management-Müştərilərlə Əlaqələrin İdarə Olunması) qədər ağıla gələn bütün funksiyaları əhatə edən integrasiya olunmuş bir sistemdir.
Total İT şirkəti yarandığı gündən indiyədək bir çox təşkilatlar üçün idarəetmə sisteminin inkişaf etdirilməsi, ən müxtəlif təşkilati və uçot proseslərinin təkmilləşdirilməsi üçün ERP proqramlarının qurulmasını həyata keçirmişdir. Bu iş şirkət fəaliyyətinin analiz olunaraq ona uyğun proqram paketinin seçilməsi, həmin proqram üçün tələb olunan resusr təlabatının müəyyənləşdirilərək qurulmasının təmin olunması, proqramın özünün qurularaq işlək vəziyyətə gətirilməsi və şirkət əməkdaşlarına müvafiq təlimlərin keçilərək onların yeni qurulmuş proqramla tam şəkildə işləyə bilmələrinin təmin olunmasına qədər çox mürəkkəb bir prosesi nəzərdə tutur. Bu sahədə Total İT şirkətinin 10 ildən artıq olan təcrübəsi bizə ən müxtəlif sahələrdə fəliyyət göstərən şirkətlərin fəaliyyətinin uğurla avtomatlaşrılmasına imkan verir.
Total İT şirkəti bu sahədə Türkiyənin ən nüfuzlu proqramlaşdırma şirkətlərindən olan MİKRO şirkətinin məhsullarından isrifadə edir və MİKRO şirkətinin Azərbaycanda rəsmi distribütorudur. MİKRO proqramları funksionallığına, sürətliliyinə, Azərbaycan dilinə və Azərbaycan qanunvericiliyinə tam şəkildə uyğunlaşdırılmasına görə digər yerli və xarici şirkərkərin ERP proqramlarından fərqlənir. Əsasən aşağıda qeyd olunan funksiyalar üzrə qruplaşdırılmış ayrı-ayrı paketlər şəklində təqdim olunan proqram istənilən sayda iştifadəçinin eyni anda çalışmasına imkan verir. Mikro şirkətinin lisenziyalarını istifadəçilərin sayına görə yox eyni anda qoşulan iş yerlərinin sayına görə verməsi də şirkətlərin ciddi şəkildə qənaət etməsinə imkan yaradır.

MİKRO ERP AİLƏSİ

  • Ticari Set (Ümumi Ticarət)
  • Üretim Kaynak Planlaması (MRPII) (İstehsal resurslarinin planlanması)
  • Üretim Yönetim Sistemi (MRP) (İstehsal İdarəetmə Sistemi)
  • Genel Muhasebe (Ümumi mühasibat)
  • Sabit Kıymet Yönetimi (Əsas Vəsaitlərin İdarə Olunması)
  • Personel Yönetimi (Heyətin İdarə Olunması)
  • İnsan Kaynakları Yönetimi (İnsan resurslarının İdarə Olunması)
  • İthalat Yönetimi (İdxalın İdarə olunması)
  • İhracat Yönetimi (İxracın İdarə Olunması)
  • Tamir Servis Merkezi Yönetimi (Təmir və Servis Mərkəzinin İdarə Olunması)
  • Kiralanabilir Varlık Yönetimi (İcarəyə Götürüləbilən Avadanlıqların İdarə Olunması)
  • Bakım Yönetimi (Avadanlıqlara Xidmətin İdarə Olunması)
  • İlişkiler Yönetimi (CRM-VRM) (Müştərilərlə Əlaqələrin İdarə Olunması)
  • UFRS Yönetimi (Beynəylalq mühasibat)
  • Enflasyon Muhasebesi Yönetimi (İnflaysiya Mühasibatlığı)
  • Konsolide Muhasebe Yönetimi (Konsolidə Mühasibatlıq)

Göründüyü kimi MİKRO ERP proqramı ən qəliz istehsal proseslərindən tutmuş ən müxtəlif satış və həvəsləndirmə tədbirlərinin avtomatlaşdırılmasına qədər ağıla gələn bilən istənilən biznes prosesinin avtomatlaşdırılmasına imkan verməklə yanaşı bunların Azərbaycan qanunvericiliyinə tam uyğunluğunu da təmin edir.