XƏBƏRLƏR

9-cu Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi. 19 - 22 Oktyabr 2016 • Bakı Ekspo Mərkəzi

“Securika CIPS 2016” - peşəkarları arasında beynəlxalq dialoq

Bakı Ekspo Mərkəzində 9-cu Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securika CIPS 2016” sərgisi öz işinə başladı. Sərgilərin təşkilatçıları qismində Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun tərəfdaşı “Iteca Caspian” şirkəti çıxış edirlər. 

 CIPS 2016” sərgisinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd etdi ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində prioritet məsələyə çevrilmişdir. Bu artım çərçivəsində yerli müəssisələr rəqabət qabiliyyətli məhsulların buraxılmasını təmin edir. Hazırkı sərgi isə müasir istehsalın inkişafının əyani göstəricisidir.

Fövqəladə Hallar Nazirliyi (FHN) nəzdində İnşaat işlərinin təhlükəsizliyinə nəzarət üzrə Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Azərbaycanın inşaat sənayesində böyük miqyaslı dəyişikliklərin perspektivini vurğuladı. 

“ITE Group” şirkətinin icraçı direktoru cənab Edvard Stroon bildirdi ki, Securika CIPS 2016, Aquatherm Baku və  BakuBuild 2016 sərgilərində dünyanın 26 ölkəsindən 298 şirkət iştirak edir. Sərgidə İtaliya, BƏƏ, İran öz milli pavilyonlarını təqdim edirlər. Türkiyə də bu tədbirdə böyük ekspozisiya ilə çıxış edir. Cənab E. Stroon tədbirə toplaşanları Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təbrik etdi və bu layihə ilə fəal əməkdaşlığa görə sərginin sponsorları və tərəfdaşlarına öz minnətdarlığını bildirdi.

Scurika CIPS 2016” sərgisi ən yeni avadanlıq nümunələri, müasir texnologiyalar, mühafizə televiziyası, girişə nəzarət sahəsində ən yaxşı layihə təkmilləşdirmələri, qəza və xilas texnikası ilə hamının marağına səbəb olur.