Karyera imkanlarımız
Məlum olduğu kimi Karyera inkişafı hər bir insanın peşəkar fəaliyyəti nəticəsində özünü reallaşdırma prosesidir. Hansı ki, bu proses bilik səviyyəsinin artırılması, əmək təcrübəsinin toplanılması, şəxsi keyfiyyətlərin yüksəldilməsi ilə müşaət olunur. Bütün bunların nəticəsi kimi isə insanın növbəti bir sosial statusa keçməsi, yeni pilləyə adlaması prosesi yaşanır ki, məhz bu karyera inkişafı kimi qəbul oluna bilər.
Total
İT şirkətində də özünü İT sahəsində görmək istəyən və bu sahədə inkişaf edərək
yeni təcrübə və biliklərə yiyələnmək istəyən gənclər üçün hər zaman qapılar
açıqdır. Şirkət olaraq bu sahədə gənc nəslin yetişdirilməsi, onlara yeni bilik
və təcrübələr qazandırılması istiqəmətində əməli tədbirlərin görülməsi, bununla
da ölkəmizdə həyata keçirilən “Gənclər Siyasəti”-nə dəstək verilməsi bizim əsas
prioritetlərimizdən biridir.
Bunun
üçün də Sizlər öz CV lərinizi hr@totalit.az email ünvanına göndərməklə öz məlumatlarınızı avtomatik olaraq bizim məlumat
bankımıza göndərmiş olursuz. Daha sonra bu məlumatlar araşdırılır, filtirlənir və
uyğun namizədlər iş üçün ofisimizə dəvət olunurlar.
Hər
birinizə karyera yollarında uğurlar...