Audit və konsultasiya
- İT Audit nədir?
- Kimlər bu xidmətdən istifadə edə bilər?
- Xidmətin istifadəsi sifarişçilərə nə kimi üstünlüklər verir?
İT infrastrukturun
texniki auditi özü-özlüyündə müəssisənin İT sisteminin cari vəziyyəti barədə
obyektiv məlumatların əldə edilməsi və qiymətləndirilməsindən ibarət sistemli
prosesi təqdim edir.
İT auditin əsas məqsədlərinə məlumat infrastrukturunun biznes tələblərinə,
müasir anlayışlara, texnologiya və üsullara, həmçinin avadanlıq və proqram təminatının
aparıcı istehsalçılarının tövsiyələrinə uyğunluğuna dair təhlilin aparılması
aiddir.
Bütün keçirilən proseslərin yüksək keyfiyyəti ilə xarakterizə edilən ixtisaslı
və vaxtında həyata keçirilmiş İT infrastrukturun auditi sifarişçiyə İT sistemin
elementlərinin və ümumilikdə bütün infrastrukturun etibarlı və effektiv işləməsinə
zəmanət verir.
Bu xidmət kimin üçün nəzərdə tutulub?
Audit ilk növbədə öz İT insfrastrukturlarının vəziyyətlərinin real qiymətləndirilməsini
almaq istəyən və mövcud sistemin inkişaf yollarını cızan müəssisələr üçün
faydalı ola bilər. Texniki auditin keçirilməsi mövcud problemləri öncədən müəyyən etməyə
və onların aradan qaldırılması üzrə ixtisaslaşdırılmış tövsiyyələr almağa, bütün
mövcud resursların işlərinin optimallaşdırılmasına və effektivliyinin
artırmasına imkan verəcək. O cümlədən İT auditin keçirilməsi problemlərin həllində
yardımçı ola bilər və aşağıdakı sualları cavablandıra bilər:
- Müəssisənin
inkişafı üzrə strateji planlarında İT infrastruktura hansı yeri vermək olar?
- Mövcud İT
infrastruktur şirkət tərəfindən həyata keçirilən biznesin məqsəd və
tapşırıqlarına tam surətdə uyğundurmu?
- İT üzrə xərcləri necə optimallaşdırmaq olar?
- İT sistemin işi ilə əlaqədar
sıradan çıxma ilə bağlı problemləri necə aşkar etmək və aradan qaldırmaq olar?
- Mövcud İT
infrastrukturu real biznes prosesləri üzrə necə optimallaşdırmaq olar?
- Kompüter
texnikasının inventarizasiyası ilə bağlı olan məsələlərin tam həllində
mühasıbatlığa kömək etmək olarmı?
- İnformasiya təhlükəsizliyi
və məlumatlara daxil olmaya nəzarət üzrə məsələlər kifayət dərəcədə həll
olunubmu?
- Müəssisinin
informasiya sistemindən məxfi məlumatların sızma riskini hansı üsulla aşkar etmək
və minimallaşdırmaq olar?
- İT əməkdaşın (ların)
və ya podratçının işində çatışmazlıqlar varmı?
- İT avadanlığın və
proqram təminatının yenilənməsini həyata keçirmək nə vaxt daha optimaldır?
- Müəssisə rəhbərinin İT
infrastrukturun cari vəziyyəti barədə minimal müddət ərzində tam məlumatı almaq
imkanı varmı? Mövcud struktur ona bu imkanı tanıyırmı?
- Sistemdə ehtimal
olunan sıradan çıxma hallarında məlumatların silinməsi üzrə riskləri hansı
üsullarla maskimal dərəcədə azaltmaq mümkündür?
- İnfrastrukturun
effektivliyini itirmədən İT üzrə xərcləri azaltmaq mümkündürmü?
- İT infrastrukturun
inkişafı üzrə planları tərtib etməyə və tıxac yaradabiləcək nöqtələri müəyyən etməyə köməklik
edirmi?
İT auditin obyektləri
"Total İT" MMC şirkəti artıq 10 ildir ki, bazarda uğurla faəliyyət
göstərən peşəkar İT xidmət şirkəti olaraq İT infrastrukturun elementlərinin
auditinə dair sifarişçilərə aşağıdakı xidmətləri təqdim edir.
Aşağıdakı nöqtələr texniki auditə məruz qalırlar:
- müəssisənin İT infrastrukturunda istifadə olunan serverlər
- iş stansiyaları
- korporativ lokal şəbəkənin fiziki və məntiqi strukturu
- aktiv şəbəkə avadanlığı
- istifadəçilərin kompyuterlərində və şirkətin serverində
(lərində) qurulumuş proqram təminatlarının yoxlanması
- qurulmuş proqram təminatlarının lisenziyalı olub
olmamasının və qurulmuş proqram təminatları ilə mövcud lisenziya saylarının
uyğun gəlib-gəlməməsinin yoxlanılması
- məlumat mübadiləsi kanallarının yoxlanılması
- korporativ email-in işləmə prinsiplərinin, ayarlarının və
təhlükəsizliyinin düzgünlüyünün yoxlanılması
- mövcud və istifadə olunan informasiya təhlükəsizliyi
sistemlərinin yoxlanılması
- mərkəzləşdirilmiş antivirus və antispam müdafiəsinin səviyyəsinin
yoxlanılması
- şirkətin konfidensial məlumatlarına kənardan daxil olma
və müdaxilə imkanlarının yoxlanılması
- şəbəkələr arası təhlükəsizlik ayarlarının yoxlanılması
- məlumatların saxlanılması və backup sistemlərinin
yoxlanılması
- telefoniyanın yoxlanılması
- videomüşahidə sistemlərinin yoxlanılması
- periferik avadanlıqlar
- serverlərin informasiya təhlükəsizliyi
- fasiləsiz enerji təchizatının və onun davamlılığının
ölçülməsi
- İT struktura çəkilən xərclərin analizi. Onların reallığa
uyğunluğu və optimallıq səviyyəsinin qiymətləndirilməsi
İT infrastrukturunda keçirilən auditin nəticələri
Məlumatların toplanılmasından sonra müəssisənin İT infrastrukturunun cari vəziyyəti
barədə tam məlumatın əks olunduğu audit rəyi hazırlanır: iş stansiyaları,
server, periferik qurğular və istifadə olunan proqram təminatının tam
konfiqurasiyası. Lokal şəbəkə xəritəsi tərtib olunur və bütün şəbəkə
avadanlıqlarının yoxlama nəticələri təsvir olunur. Bundan başqa hesabatda yoxlama
prosesi zamanı aşkar olunmuş tıxac nöqtələri və problemli sahələr üzrə İT
infrastrukturun fəaliyyətinin təkmilləşdirməsinə dair müvafiq tövsiyələrlə
birlikdə tam təfərrüatı ilə xülasə göstərilir. Şirkətin korporativ şəbəkəsinin
İnternet şəbəkəsi vasitəsilə arzu olunmaz müdaxilələrə qarşı mühafizəsinin gücləndirilməsinə
yönələn şəbəkə təhlükəsizliyinin təminatı üzrə tövsiyyələr verilir.
Qiymətlər və müddətlər
İT infrastrukturun texniki auditi üç mərhələdə keçirilir:
- audit obyektlərinin siyahısı tərtib olunur;
- sifarişçinin İT infrastrukturu üzrə detallı məlumatların
toplanılması həyata keçirilir;
- toplanılmış məlumatların emal olunması, alınmış nəticələrin
təhlili və texniki rəyin tərtibi həyata keçirilir. İT infrastrukturun texniki
auditi üzrə xidmətlərin dəyəri yoxlanmış iş stansiyalarının, serverlərin və
aktiv şəbəkə avadanlıqlarının miqdarına əsasən müəyyən olunur.